Türkiyə 33 şəhidin intiqamını belə aldı - daş üstə daş qoymadılar - VİDEO

Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan əsgərlərin intiqamını alıb.

BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, Türkiyə ordusunun İdlibdə həyata keçirdiyi əməliyyatın görüntüləri yayılıb.

Son məlumata görə, fevralın 10-dan bu yana İdlibdə Türkiyə Silahlı Qüvvələri 1.709 canlı qüvvəni zərərsizləşdirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İdlibdə keçirdiyi hərbi əməliyyatlar zamanı 33 hərbi qulluqçusu şəhid olub, 32 əsgər isə yaralanıb.