İspaniyada yerli polis və İnterpolun apardığı əməliyyat nəticəsində Meksika neft-qaz şirkətinin keçmiş rəhbəri Pemex Emilio Losoya saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə “Formula” radiostansiyaya müsahibəsində Meksikanın Baş Prokuroru Qerts Manero bildirib.

Q.Manero deyib ki, şirkətin keçmiş rəhbəri İspan polisinin köməyi ilə uzun bir axtarış nəticəsində saxlanılıb.

E.Losoyanın vəkili Xavyer Koelyonun sözlərinə görə, bu onun üçün gözlənilməz xəbərdir və bu günə qədər müştəri onunla əlaqə saxlamayıb:

“Müştərim ilə danışıb İspaniyaya getməyim lazım olacaq”.