Amerikalı pianoçu Lola Astanova öz “İnstagram” səhifəsində qeyri-adi bacarığını əks etdirən video paylaşıb.

“Lenta.ru” xəbər verir ki, L.Astanova Skott Coplin tərəfindən yazılan “Maple leaf rag” kompozisiyanı eyni zamanda iki pianoda ifa edib.

Pianoların arasında olan məsafəyə baxmayaraq, virtuoz ifaçı məharətlə sağ əli ilə kompozisiyanın əsas partiyasını, sol əli ilə isə akkompanementi ifa edir.

Oxu.az