Azərbaycanlı model, “Miss Turizm Kainat” titulunun sahibi Anastasiya Bern əcnəbi şəxslə sevgi münasibətinə başlayıb.
Oxu.Az xəbər verir ki, şəxsi həyatını hamıdan gizlədən model bu dəfə sevgilisini ortaya çıxarıb. Onun sevib-seçidiyi şəxs isə prodüser Co Marxadır.
Bern sevgilisinin bütün işlərində onun yanında olduğunu və dəstəklədiyini bildirib.
Anastasiya Bern Azərbaycanın ən çox tələbatlı modellərindən biridir. O bir çox moda nümayişləri və reklam layihələrinin siması olub.
O, “Miss universal”, “Miss Eurovision”, “Miss Civilization”, “Miss Globe” və digər beynəlxalq layihələrdə iştirak edib.
Modelliklə yanaşı, Bern ifaçılıqla da məşğuldur. O illər öncə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin milli seçim turlarında iştirak edib.
Hazırda Anastasiya Bern dizaynla məşğuldur və tezliklə Bakıda öz butikini açmağı planlaşdırır. Bununla bağlı model sosial media hesabında tez-tez müxtəlif paylaşımlar edir.