Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin səhifəsində bildirilib.

Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ və Avropanın bəzi ölkələrinin sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Rusiyada da sosial şəbəkə istifadəçiləri nasazlıqların olduğunu bildiriblər.

Xidmətin məlumatına görə, istifadəçilərin bir qismi (təxminən 52 faiz) xəbər xəttinə daxil olmaqda problemlərlə üzləşiblər. Sosial şəbəkədən istifadə edənlərin daha 15%-i statusların yerləşdirilməsi problemləri ilə üzləşiblər.