Bakının mərkəzində evə basqın olub.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsindəki evlərdən birində baş verib.

Naməlum şəxs aldatma yolu ilə 29 yaşlı Vüqar Rüstəmovun evinə daxil olaraq ona bıçaqla xəsarət yetirib və 300 dollar pulunu aparıb.

Faktla bağlı polis araşdırma aparır.