Əməkdar artist Mətanət İsgəndərlinin başına iş gəlib.

Oxu.Az xəbər verir ki, pozitiv və gülərüz müğənni dincəlmək üçün dilbər güşələrimizdən birinə yollanıb. Orada dincələn sənətçi göldə üzən qu quşlarını əzizləmək üçün onlara yaxınlaşıb.

Qara qu quşuna “Gəl mənim dovşanım” deyərək, səslənən Mətanət əlini ona sarı uzadıb. Bu anda isə quş İsgəndərlinin əlini dişləyib. Xoşbəxtlikdən xəsarət almayan sənətçi hadisəni gülüşlə qarşılayıb.

Həmin anları lentə alan əməkdar artistin dostu görüntüləri sosial şəbəkədə paylaşıb.