Tanınmış azərbaycanlı model və “fashion” bloqer Ruslana Cavadova sosial şəbəkə izləyicilərinə məşhur Hollivud aktyoru ilə görüşməsindən və onunla ünsiyyətini dayandırmasından söz açıb.

Oxu.Az xəbər verir ki, “Ruslana Gee” adı ilə tanınan model “Instagram” izləyicilərinə aktyorun “Oskar Akademiya Mükafatı”nın sahibi olduğunu bildirsə də, lakin onun adını açıqlamaqdan boyun qaçırıb:

Azərbaycanlı gənc model “Oskar” alan aktyorla münasibətini etiraf etdi - FOTO

“Bəlkə çoxları bunun saxta hesab olduğunu düşünürlər, amma bu belə deyil. Birincisi, məşhurlar bizim kimi insanlardır və onlar da tənhadırlar. İkincisi, bizim gözləntilərimizə rəğmən, onlar məşhur olmayan bir şəxslə ünsiyyət qurmalarını özlərinə əksiklik saymırlar. Üçüncüsü, ən adi sosial şəbəkə tətbiqetməsi ilə bir-birimizi tanımamışıq. Həmin sosial şəbəkə bütün istifadəçilərini qəbul etmir. Qəbul edilənlərin isə şəxsiyyət vəsiqələrinin nüsxələrinin göndərilməsini və yoxlanılmasını ciddi şəkildə nəzarət edir”.

İnternetdə paparatsilər tərəfindən lentə alınan aktyorun son fotolarını gördükdən sonra Ruslana məyus olub. Onun həddən artıq yaşlaşması və qoca babaya bənzəməsi modelin gözündən yayınmayıb. Bloqerin dediyinə görə, o məşhur aktyorla şəxsi maraqlarına görə, əlaqə yaratmadığı üçün onunla yazışmaları dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illəri zamanında o, moda və gözəllik sahələrinə maraq göstərib.

2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik “L’Officiel” mükafatlarında iki kateqoriyaya – “Ən yaxşı Model” və “Ən yaxşı Moda Bloger” mükafatlarına layiq görülüb.

Cavadova həm də zərgərlik dizayner işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los-Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.

Hazırda Ruslana Amerikada yaşayır və bloqerlik fəaliyyətini uğurla davam etdirir.

Azərbaycanlı gənc model “Oskar” alan aktyorla münasibətini etiraf etdi - FOTO

Azərbaycanlı gənc model “Oskar” alan aktyorla münasibətini etiraf etdi - FOTO