Kardiff Universitetinin tədqiqatçıları immun sistemində xərçəng xəstəliklərinin müalicəsində istifadə edilə bilən mexanizmi müəyyən ediblər.

Nature Immunology jurnalında dərc edilən araşdırmaya görə, bəzi T hüceyrələri yalnız laboratoriya şəraitində olmasına baxmayaraq, prostat, döş, ağciyər və digər xərçəng növlərini öldürmək üçün hazırlana bilər.

T-hüceyrələr qanda xərçəng xəstəlikləri infeksiyaları daxil olmaqla, insan orqanizmi üçün təhlükələri axtarıb məhv edə bilən limfositlərin bir növüdür.

Kardiff Universitetinin mətbuata verdiyi açıqlamada T hüceyrələrinin bir növünün demək olar ki, bütün xərçəng hüceyrələrini aşkar etməyə imkan verən unikal reseptora malik olduğu bildirilir.

BBC xəbər verir ki, alimlər xərçəng xəstəsindən qan götürə və T-hüceyrələrini təcrid edə bilərlər.

T-hüceyrələri xüsusi reseptor yetişdirmək üçün zərərsiz bir virus tərəfindən yenidən proqramlaşdırıla bilər və immun hüceyrələri xəstənin xərçəng hüceyrələri ilə mübarizə aparmaq məqsədilə yenidən köçürülməsi üçün yetişdirilə bilər.

Xüsusi reseptorları olan T hüceyrələri sağlam hüceyrələri rədd edərək, şişlər də daxil olmaqla, toxumasına hücum edə bilir. Normal T-hüceyrələri bunu etməyə qadir deyil.//Amerikaninsesi.org