Vladimir Putinin isefaya göndərdiyi hökumətin fəaliyyətindən olduqca narazı olduğu deyilir
Xəbər verildiyi kimi, bu gün Rusiyada Dmitri Medevedevin rəhbərlik etdiyi hökumət prezident Vladimir Putin tərəfindən istefaya göndərilib.
Rusiyanın “Moskovski komsomolets” qəzeti məsələnin detallarını açıqlayıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, Dmitri Medvedevin V.Putinin qərarı barəsində “öncədən və başqalarından daha çox” xəbəri olmayıb. Hətta bu il yanvarın 13-də hökumət iclasında hökumət sədrinin ay sonuna qədər iş qrafiki də müzakirə olunub. Keçmiş baş nazirin bu gün baş tutması planlanan kabinetin iclasına aktiv şəkildə hazırlaşdığı da deyilir.
Maraqlıdır ki, hökumət üzvləri, yəni baş nazir müavinləri və nazirlər də yalnız Vladimir Putinin Federal Məclisdəki çıxışından sonra təcili surətdə Ağ Evə, yəni hökumət binasına çağırılıblar.
Dmitri Medvedevin yerinə keçəcək namizədin də adı bəlli olub. Bu, Federal vergi xidmətinin rəhbəri Mixail Mişustindir.
“Forbes” jurnalı isə kabinetdəki mənbələrinə istinadən Valdimir Putinin Dmitri Medvedevin fəaliyyətindən narazı olduğunu yazıb. Prezident bəzi milli layihələrin gerçəkləşdirilməsinin gedişatından məmnun qalmayıb. Dekabrın sonunda dövlət başçısı hətta bununla bağlı fikirlərini emosional tərzdə hökumət üzvlərinin diqqətinə çatdırıb.
Musavat.com