Rusiyanın “Yamal” şirkətinə məxsus helikopter güclü qar fırtınası səbəbindən avtomobil yoluna təcili eniş edib.

“Sever-Press” nəşri hadisə yerindən çəkilmiş görüntüləri paylaşıb.

“Pilotlar superdir, birbaşa yola endilər. Dayanmışıq, külək əsir, heç nə görünmür. Belə bir şey həyatımda ilk dəfədir”, – çəkiliş aparan hadisə şahidi bildirib.

Qeyd edək ki, helikopter güclü külək səbəbindən bir neçə dəfə enişə cəhd edib. Hadisə zamanı xəsarət alan olmayıb.