Meksika höküməti ölkənin Çyapas ştatında pedofilin kütlə tərəfindən qətlə yetirilməsi hadisəsini araşdırır.

“Pressa TV” xəbər verir ki, Alfredo Roblero 6 yaşlı Carid adında qızı zorlamaqda və öldürməkdə şübhəli bilinib.

Yanvarın 9-u itkin düşmüş uşağın cəsədini bir gün sonra aşkar ediblər.

Qızın xalasının şübhəli şəxsi polisə təhvil vermək istəməsinə baxmayaraq qəzəblənmiş kütlə buna imkan verməyib.

Onlar A.Robleronu döyərək dirəyə bağlayıbalr.

Sonra isə kütlə şübhəli şəxsin üzərinə benzin tökərək od vurub.

Hadisə yerinə gələn polis əməkdaşları şübhəlinin həyatını xilas edə bilməyiblər.

Hal-hazırda Çyapas höküməti şübhəlinin ölüm faktı ilə bağlı araşdırma aparır.

Meksikada pedofili diri-diri yandırdılar – FOTO

Meksikada pedofili diri-diri yandırdılar – FOTO