Reper Xpert (Şəhriyar Atababayev) sosial şəbəkə hesabında qalmaqallı status yazıb.

BAKU.WS xəbər verir ki, o, 100 min manat qonorar müqabilində “battle”a (qarşıdurma – red.) çıxmağa razı olduğunu bildirib.

Xpert qeyd edib ki, kiminlə qarşılaşması isə onun üçün maraqsızdır. Onun statusundan sonra sosial şəbəkədə reperin “Kəllə-kəlləyə” layihəsində qarşıdurma etmək istəməsi barədə müzakirə yaransa da, sənətçi iddiaları təkzib edib.

Bundan başqa, reperə ən uyğun rəqib kimi Okaber göstərilib.

Sözügedən açıqlamadan sonra “Kəllə-kəlləyə” yaradıcıları ilə Xpert arasında sosial şəbəkələr üzərindən atışmalar olub. Bu “mini qırğın”da minlərkə rep həvəskarı da iştirak edib.

Bir çoxları Xpertin 100 min manata layiq olduğunu, digərləri isə əksini iddia edib.

Bununla bağlı sosial şəbəkələrdə “100min manat”, “Xpertin koşeloku”, “Mazzininböyrəyi” tipli onlarla troll hesablar yaradılıb.

Qeyd edək ki, Xpert 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Onun mahnıları “Youtube”da 30 milyondan çox baxış sayı toplayıb.

Azərbaycanlı reper 100 min manat qazanmaq istəyir - FOTO