Yeni il tətil günlərində ailəsilə birlikdə bir neçə xarici ölkəyə səfər edən tanınmış teleaparıcı Lalə Azərtaş sosial şəbəkədə qınaq obyektinə çevrilib.
BAKU.WS xəbər verir ki, bəzi izləyiciləri aparıcının hansı pulla tez-tez xaricə getməsi maraqlandırıb.
Azərtaşı səfərlərdən paylaşdığı görüntülərin altına yazılan tənqidlərə və suallara cavab vermək məcburiyyətində qalıb. O, əmisi ilə fotolarını paylaşaraq bunları yazıb:
“Hər kəsə maraqlı olan sual: Necə bu qədər gəzirəm? Əmim var olsun, sağ olsun… Bakıya İstanbuldan gəlmişdim. Təşəkkür etmək üçün yanına getmişdim. Bir gün də qardaş ölkəni gəzdik. Hər şey üçün təşəkkürlər, rəis”.