Bakıda piyada xəttindən keçən gənc qızı maşınla vuran şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Məmmədov Ramal Camal oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Ramal Məmmədov avtomobillə Gülgün Əmiraslanlını vuran zaman narkotik vasitənin təsiri altında olub.

Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Gülgünün ölümünə səbəb olan biznesmen narkotikin təsiri altında olubmuş - VİDEO, FOTOLAR

Ramal Məmmədovun vəkili vəsatət verərək qeyd edib ki, müdafiə etdiyi şəxsin əməli Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyay hadisəsi törətmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif edilməlidir.

Vəkil deyir ki, müdafiə etdiyi şəxs qəza törədən zaman narkotik vasitənin təsiri altında olmayıb.

Bundan başqa vəkil daha bir vəsatət verərək məhkəmə narkoloji ekspertizasının ekspertlərinin məhkəmədə dindirilməsini istəyib.

Zərərçəkmiş tərəf vəsatətlərin təmin edilməməsini istəyib. Bildirilib ki, bu, prosesin uzadılmasına xidmət edir.

Gülgünün ölümünə səbəb olan biznesmen narkotikin təsiri altında olubmuş - VİDEO, FOTOLAR

Dövlət ittihamçısı isə vəsatətlərə münasibət bildirərkən deyib ki, Ramal Məmmədovun əməlinin Cinayət Məcəlləsinin başqa bir maddəsinə tövsif edilməsi ilə bağlı qərarı yalnız məhkəmə müşavirə otağında verə bilər. Prokuror həmçinin ekspertlərin dindirilməsinə də ehtiyac olmadığını bildirib.

Məhkəmə ekspertlərin dindirilməsi ilə bağlı vəsatəti təmin etməyib. Ramal Məmmədovun əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı vəsatət isə indiki mərhələdə baxılmamış saxlanılıb.

Ramal Məmmədovun vəkili daha bir vəsatət verib. Vəkil qəzanın baş verdiyi yerin piyada xəttinin işıqforla tənzimlənib-tənzimlənməməsi barədə müvafiq qurumlara sorğu verilməsini istəyib.

Vəsatətə münasibət bildirən prokuror bildirib ki, şəxsən hadisənin baş verdiyi ərazidə olub və hadisə yerinə baxış keçirib. Prokuror söyləyib ki, hadisə baş verən ərazidə işıqfor yoxdur və piyada zolağında üstünlük piyadalardadır.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Prosesin davamında hakim elan edib ki, iş üzrə şahidlərdən biri Elvin Qasımzadə məhkəməyə gəlmir. Məlum olub ki, o mobil telefonlarını söndürüb və məhkəməyə gəlmir.

Hazırda isə qeydiyyatda olduğu ünvanda yaşamır.

Xatırladaq ki, Gülgünün ölümüdən sonra qəzanın Elvin Qasımzadənin idarə etdiyi “Maseratti” markalı avtomobillə törədildiyi bildirilirdi. Çünki yayılan videogörüntülərdə “Maseratti” də obyektivə tuş gəlmişdi. Lakin sonradan qəzanın Ramal Məmmədov tərəfindən törədildiyi məlum olmuşdu. Hətta o da məlum olmuşdu ki, Elvin Qasımzadə yaralı Gülgünü öz avtomobili ilə xəstəxanaya çatdırıbmış.

QƏZANIN GÖRÜNTÜLƏRİ

Elvin Qasımov məhkəməyə gəlmədiyi üçün onun ifadəsi elan edilib. Tərəflər buna etiraz etməyib.

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.

Gülgünün ölümünə səbəb olan biznesmen narkotikin təsiri altında olubmuş - VİDEO, FOTOLAR

Qeyd edək ki, hadisə ötən il, sentyabrın 17-də, saat 21:00 radələrində Nəsimi rayonu, Vaqif prospektində baş verib.

“Volkswagen Passat CC” markalı 10-GN-002 dövlət qeydiyyat nişanlı avtomobil piyada zolağında yolu keçən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vurub. G.Əmiraslanova hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü Ramal Məmmədov saxlanılıb.

Məlumata görə, Ramal Məmmədov banklardan birində çalışıb. Onun həm də atasına məxsus tikinti biznesinə nəzarət etdiyi də deyilir.

Mərhum Gülgün isə Bakı Hava Limanında “Asan Viza”da çalışıb.

İlkin Muradov
Musavat.com

Gülgünün ölümünə səbəb olan biznesmen narkotikin təsiri altında olubmuş - VİDEO, FOTOLAR

Gülgünün ölümünə səbəb olan biznesmen narkotikin təsiri altında olubmuş - VİDEO, FOTOLAR

Gülgünün ölümünə səbəb olan biznesmen narkotikin təsiri altında olubmuş - VİDEO, FOTOLAR

Gülgünün ölümünə səbəb olan biznesmen narkotikin təsiri altında olubmuş - VİDEO, FOTOLAR

Gülgünün ölümünə səbəb olan biznesmen narkotikin təsiri altında olubmuş - VİDEO, FOTOLAR