Xəbər verdiyimiz kimi, yanvarın 13-də “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradıb.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü saxlanılıb.

R.Quliyev bildirib ki, videogörüntülərə baxış keçirilib, dərhal zəruri tədbirlər görülüb:

“Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobilin sürücüsü saxlanılıb. O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunub”.