Keçmiş model oğurluqda ittiham olunur.

Milli.Az nypost-a istinadla xəbər verir ki, əvvəllər model kimi fəalliyyət göstərən Emily Rosina Evans-Schreiber nənəsinin bank hesablarını idarə etməyə başladığı andan etibarən bir anda “varlanıb”.

İşsiz qızının lüks yaşayış tərzindən şübhələnən qadın banka müraciət edərək hesabların yoxlanmasını tələb edib. Məlum olub ki, qız nənəsinin bank hesabından özünə 300 min dollar transfer edib.

Bahalı paltarlar, avtomobillər alan Emili, həmçinin qızının atası olan eks ərinə də 27 min dollar verib.

BBC yazır ki, olayın üstü açılan zaman qadının hesabında cəmi 7000 dollar qalıb.

O, polis tərəfindən saxlanılıb.

Məhkəmə Emilinin 150 saatlıq islah işləri ilə cəzalandırılması barədə qərar qəbul edib. Həmçinin, o, 6 ay müddətinə rehabilitasiya mərkəzində müalicə olunacaq.

Qeyd edək ki, bank hesabında külli miqdarda pul olan qadın nəvəsinin bu hərəkətindən məlumatsız halda bir müddət əvvəl dünyadan köçüb.

Xəstə nənəsinin 300 min dollarını oğurlayıb, özünə lüks həyat qurdu - FOTO

Xəstə nənəsinin 300 min dollarını oğurlayıb, özünə lüks həyat qurdu - FOTO