Rusiyanın “RİA Novosti” agentliyinin müxbiri Moskvada binanın səkkizinci mərtəbəsindən özünü atıb.
BAKU.WS xəbər verir ki, həmin şəxs Rusiya mediasında çalışan Antonio Manuel Sançes İspaniya vətəndaşıdır.
“112” telekanalının yazdığına görə, jurnalist gündüz özünü pis hiss edib və təcili yardım çağıraraq yorğunluqdan, fikir dağınıqlığından şikayət edib. Həkimlər ona sakitləşdirici həblər veriblər. Axşam saat 21.40-da isə onun cəsədini qonşu qadın tapıb.
İstintaqçılar onun intihar etdiyini ehtimal edir. Jurnalist özündən sonra heç bir məktub buraxmayıb.
Faktla bağlı araşdırma aparılır.