UFC-nin sabiq çempionu Konor Makqreqor titulun sahibi Həbib Nurməhəmmədovla Moskvada qarşılaşmaq istədiyini açıqlayıb.

Bu barədə idmançı ESPN nəşrinə müsahibəsində danışıb.

“Bu ili Nurməhəmmədovla Moskvada görüşlə bitirmək istərdim. Bu, baş verməlidir. Mən Moskvada olmuşam. Gözəl şəhərdir. Rusiya gözəl ölkədir. Heyran oldum. Nurməhəmmədov məndən qaça bilər, ancaq gizlənə bilməz”, – Makqreqor bildirib.

Xatırladaq ki, Makqreqorla Həbib Nurməhəmmədov arasında döyüş 2018-ci ilin oktyabrında keçirilib və Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb.