Bakı-Sumqayıt avtomagistralında əks yol çıxaraq, hərəkətin digər iştirakçılarına təhlükə yaradan sürücü kameraya düşüb.

Oxu.Az xəbər verir ki, “Opel” markalı, 10-VB-212 dövlət nömrə nişanlı avtomobil sürət həddi 90 km/saat olan yolda ən sol zolaqla əks yola çıxıb.

Həmin görüntülər Bakı istiqamətində hərəkət edən avtomobillərdən birindəki kameraya əks olunub.

Görüntülər yolun Xırdalandan keçən hissəsində qeydə alınıb.