Avstraliyada baş verən meşə yanğınları zamanı 1 milyarddan çox heyvan ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Yanğınlar əsasən Yeni Cənubi Uelsdə heyvanların məhvinə səbəb olub.

Son məlumata görə, şəhərdə 800 milyondan çox heyvan ölüb. Ümumilikdə isə ölkədə yanğının qurbanı olan heyvanların sayı 1 milyardı ötüb.

Qeyd edək ki, Avstraliya ərazisində baş verən yağınlarda milyonlarla hektar ərazi yanıb, 17 nəfər həyatını itirib, minlərlə ev yararsız vəziyyətə düşüb.