Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvanın Qırmızı meydanında pul paylayıb.

Ura.ru məlumat verir ki, görüntülər siyasətçinin “Instagram” səhifəsində yayımlanıb.

İnsanlara pul paylayan V.Jirinovski Moskvanın gözəl bəzədildiyini, gəzintiyə çıxan çoxlu sayda insanın yüksək əhval-ruhiyyədə olduğunu və bütün ilin belə keçməsini arzulayıb.