ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bəşəriyyətə ziyan vurma ehtimalı yüksək olan asteroidlərin əvvəlcədən təsbit edilə bilməsi üçün fəaliyyətə başlayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, NASA alimləri NEO (dünyaya yaxın obyekt) adlandırılan bu cisimləri yaxından araşdırdıqlarını bildirib.

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi bu məqsədlə, reallaşdıracağı yeni layihəyə 35,6 milyon dollar vəsait ayırıb. Dünyaya yaxın “Obyekt Müşahidə Vəzifəsi” (NEO Müşahidə Vəzifəsi) adlı missiyası üçün yeni peyk kosmosa göndəriləcək. Bu peyk dünyaya yaxın olan asteroidləri ovlayacaq.

Dekabrın 20-də ABŞ prezidenti Donald Tramp NASA-ya 22,6 milyard dollar əlavə qaynaq yaradan “mikroavtobus” xərcləmə qanunu qəbul edib. Bu qaynağın 2,7 milyard dolları NASA-nın layihələrinə xərclənəcək.

ABŞ Konqresi NASA-nın 140 metrdən daha böyük diametrə sahib olan bütün NEO-ları kəşf etməsini istəyib. Həmin cisimlərin toqquşma əsnasında Yeri yox edə biləcəyi ifadə edilib.

NEO Müşahidə Vəzifəsi Arizona Universitetindən idarə olunacaq. Vəzifə rəhbəri isə Emi Maynçer olacaq.