Bakının Binəqədi rayonunda 17 yaşlı oğlan kürəyindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında baş verib.

2002-ci il təvəllüdlü Qafarov Əzim Oqtay oğlu naməlum şəxs tərəfindən kürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.