“Uzun müddət cihad döyüşçüsü ilə evlənmək xəyalı ilə yaşadım”

Britaniyanın “The İndependent” qəzeti yazır ki, keçmiş gözəllik kraliçası Suriyadakı İslamçı döyüşçülərə 35 funt sterlinq (45 dollar) göndərdiyinə görə həbs olunub. O, beynəlxalq terrorizmi maliyyələşdirməkdə suçlu bilinib. 21 yaşlı Amaani Noor İnternet üzərindən bir İŞİD döyüşçü ilə evləndiyini də etiraf edib. Tezliklə hələ üzünü görmədiyi döyüşçüyə qovuşmaq üçün döyüş bölgəsinə getməyi planlaşdırıbmış. Ancaq həbs onun arzusunu gözündə qoyub.

Gənc xanım məhkəmədə etiraf edib ki, o, şiddətli şəkildə cihadın müdafiəsində durur və şəriət qanunlarını dəstəkləyir. Elə bu mövqeyinə görə də məhkəmə onu terrorizmi maliyyələşdirməkdə günahkar bilib.

Britaniyada gözəllik kraliçası həbs olundu – İŞİD-ə maliyyə yardımı göstərib

Cümə günü xanım Noor 18 ay həbs cəzasına məhkum edildi, onun tərəf müqabili Viktoriya Vebster isə xanım Nooru radikalizmə təşviq etdiyinə və terrorizmi maliyyələşdirdiyinə görə 17 ay həbs cəzası aldı.

Britaniyada gözəllik kraliçası həbs olundu – İŞİD-ə maliyyə yardımı göstərib

Manchester Polisi bildirib ki, hər iki qadının ekstremist baxışlara malikdir, İŞİD və “Hayat Tahrir al-Sham” qrupuna dəstək verirlər.

Keçmiş ifaçılıq sənəti tələbəsi olan Amaani Noor 2014-cü ildə “Miss Teen Great Britain” festivalında finalçı olub.

Liverpool Məhkəməsinə ifadə verərkən o, bildirib ki, 18 yaşında ikən Premyer Liqada oynayan futbolçu ilə əlaqəsi kəsildikdən sonra getdikcə daha çox dinə meyllənib.

Britaniyada gözəllik kraliçası həbs olundu – İŞİD-ə maliyyə yardımı göstərib

Məhkəmədə o da məlum olub ki, xanım Noor bir müsəlman radikalla evli olmaq istəyi uğursuzluğa düçar olub. O, hətta gələcək əri ilə Səudiyyə Ərəbistanına köçməyi planlaşdırıbmış.

Məhkəmədə məlum olub ki, xanım Noor daha sonra iki uşaq anası olan 28 yaşlı Viktoriya Vebster də daxil olmaqla internetdə tanış olduğu insanlarla ekstremist təşkilatları müzakirə etməyə başlayıb.

Xanım Vebster xanım Noora Suriyadakı bir döyüşçünün Ramazan ayında borcla mübarizə etdiyini və yemək və tədarük üçün pula ehtiyac olduğunu iddia edərək “Mərhəmətli Əllər” adlı təşkilat haqqında ona məlumat verib.

Xanım Vebster özü də 2018-ci ilin aprel-avqust ayları arasında terrorçulara 60 ABŞ dolları (£ 46) həcmində yardım göndərib.

Britaniyada gözəllik kraliçası həbs olundu – İŞİD-ə maliyyə yardımı göstərib

Manchester Polisi müəyyən edib ki, “Mərhəmətli Əllər” təşkilatı əslində İŞİD-ə yardım göstərməklə məşğul imiş.

O da maraqlıdır ki, yerli polis İŞİD-ə simpatiya bəsləyən hər iki xanımın telefonlarında məhbuslara işgəncə verən və onları edam edən terrorçuların video-görüntülərin üzə çıxarıb.

Hakimə verdiyi ifadədə xanım Noor deyir: “Uzun müddət cihad döyüşçüsü ilə evlənmək xəyalı ilə yaşadım və özümün də döyüşçü qismində onların sırasında olmasını arzuladım”.

İnternetdə üzərindən “Telegram app “ platforması vasitəsi ilə “Hakim My Love” ləqəbli biri ilə evlənən xanım Noorun evində polis axtarış aparıb və bəlli olub ki, o, Türkiyəyə sifariş edilmiş bir biletə sahibdir və sevgilisinə qovuşmaq üçün Suriyaya gedirmiş.