Bazar ertəsi, 27 Mart 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Zeynəb Xanlarovanın saqqızını oğurlayıb oyuna salıblar” – YENİ FAKTLAR

TURAN
20/12/2019 15:49
1
BAXIŞ
FacebookTwitterTelegram

Müstəqil araşdırmaçı İlqar Altay Xalq artisti Zeynəb Xanlarovanın ABŞ-dakı xeyriyyə fondundan yazıb.

BAKU.WS xəbər verir ki, Altay sənətkarın xeyriyyə fondu ilə bağlı əldə etdiyi məlumatları belə şərh edib:

“Əvvəlki paylaşmada yazmışdım ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Zeynəb Xanlarova barəsindəki ABŞ fakt-məlumatlarının dəqiqliyini yoxlamaq lazımdır. Keçən 2 gün müddətində bu məsələyə xeyli fərqli aydınlıq gətirən yeni, vacib amillər ortaya çıxdığını .. Amma ki, C. Həsənlinin ilk açıqlamasında da müəyyən həqiqət payı çoxdu. Hələlik, bu barədə ilkin və təxmini qənaətimi bir az səthi, bir az da, üstüörtülü halda qeyd edim və onu vurğulayım ki, bunlar şəxsi qənaətimdir.

Məsələnin kökü..

Belə düşünürəm ki, burada məsələnin kökündə, ABŞ-Azərbaycan tərkibli bir qrup şərikin-işbazın Zeynəb Xanlarova Fondu adı altında pərdələnib maliyyə fırıldağı, yəni “pul yuma” cəhdi dayanır.. Hansıki, ABŞ qanunları üzrə çox ciddi cəzalıdır.

Nyu-Yorkda təşkil edilən bu fondun tanınmış bir Azərbaycan müğənnisinin adına açılması, digər tərəfdən, fəaliyyət məqsədinin Azərbaycandakı kimsəsiz uşaqlara və əlillərə yardım kimi rəsmi göstərilməsi, qrup iştirakçılarının ən azı ikisinin Azərbaycandan olması ilə bu maxinasiyanın bir tərəfinin Azərbaycana bağlılıq niyyətini göstərir. Yəni, göndəriləsi çirkli pulları təmizliyə çıxarma. Plan sadə olub: müxtəlif müəmmalı tərəflərdən çirkili pullar ianə adı ilə Fondun hesabına daxil olur və Azərbaycanın imkansızlarına yardım adı ilə “yuyulur” və leqallaşır və başqa “fəaliyyətlər”. Yəni adı yetim-yesirlərin, dadı konkret ciblərin…

Fondun tərkibi və mayası..

Fond iki Amerika, bir Azərbaycan vətəndaşının şəriklik, təsisçiliyində xeyriyyə QHT kimi açılıb. Ancaq, qeyri-rəsmi gizli şəriklər də movcuddur. Fondun binası ABŞ tərəf üzvünün mülkiyyətidir. Və ilkin xeyli qeyri-rəsmi xərclər, qonaqlıqlar və Azərbaycandan dəvətlər, otel, xidmət və s. və i. də, həmin iki əsas maya qoyan fiqurun, faizləri də, mütləq çox nəzərdə tutulan şəriklərin olub.

Bəzilərinin bu “laundromatı”, Azərbaycanın adı hallanan 3 milyard miqdar deyilən məlum hala aid etməsi və bunu da həmin, deyilən prosesə calama cəhdi, dəstək axtarma cəhdidir əslində. Bu, çox da külli miqdar nəzərdə tutulmayan və təxmini, on milyonları əhatə edə biləcək layihə Azərbaycanın orta imkanlı oliqarxlarından ötrü nəzərdə tutula bilərdi.. Qrup da, elə güclü deyil və üzvləri də milyard əməli səviyyəsində deyil.

Layihənin baş tutmaması və cəmi 10 min doll. əməliyyatla dayanması səbəbi isə, həmin dövr ABŞ-da maliyyə əməliyyatları üzərində nəzarət hallarının güclənməsi və bu, əsas iki, Nyu-York şəriklərin, külli miqdarda xərclərə baxmayaraq, real təhlükə hiss edərək, geriyə çəkilməsi olub. Plan isə böyük imiş Azərbaycan pulu üzərində.

Və Zeynəb məsələsi..

Qaldı bu işlə bağlı Zeynəb Xanlarova məsələsi. Z. Xanlarovanın vaxtilə sevimli və çox məşhur müğənni olması, siyasət, deputatlığa gələndən sonra isə ugursuz mövqe və addımlarına görə ictimai nüfuznu itirməsi faktdır. Amma vicdan və obyektivliklə bu məsələdə qənaətim belədir.

Nyu-Yorkdakı o üçmərtəbəli bina qeyd etdiyim kimi Zeynəb Xanlarovaya aid deyil, şəriklərindi. O fondun Zeynəb Xanlarovaya aidiyyəti yoxdur və sadəcə rəsmi razılığı ilə onun adına açılıbdır. Nizami, Fizuli adına fond olar, amma o demək deyil ki, onlarındır. Sag olanda icazəsi lazımdır. Azərbaycanı tərk etməyib, hazırda Bakıda olmasına baxmayaraq məsələ barədə açıqlama verməməsi bu fikri yaradır.

Belə hesab edirəm ki, Zeynəbin bu məsələdəki xeyri bunlardır: Fondun inkişaf etməsi və geniş fəaliyyəti ilə məşhurlaşmasından, onun adına gələ bilən şöhrət və bir də, ola bilsin, şəriklərdən də bəzi baha-ucuz hədiyyələr, ABŞ-a səfərlər. Yoxsa ki, məntiqlə 80 yaşa yaxın, qoca və sağlamlığının da nasaz vaxtında, qadın xeylağının “pulyuma” maxinasiyasında, “mafioz” iştirakını, şərikliyini düşünmək absurd və gülüncdür.. Ola bilsun ki, ABŞ-da, ya haradasa xaricdə mənzili olsun, bu zəngin sənətkar insandır. Amma “laundromat”?

Bəs Zeynəb xanım, hələ də niyə açıqlama vermir? Fikrimcə əvvəla, depressiyada ola bilər, bu seçkilərə yuxarıdan “yaşıl işıq” və ictimaiyyətin rəyini ala bilməməsi və ümumi, yaşlı dövrü ilə. İkincisi, yəqin ki, açıqlama verib o şərik-qrupa ziyan vurmaq istəmir, ya da ki, onlardan aldığı “xidmətlər”, “hörmətlərin” açıqlanma ehtimalı…

Hər halda, onu düşünürəm ki, bu maxinatorlar Zeynəb Xanlarovanı yaşlılığındanmı və yaxud şöhrət aludəliyindənmi, ya ola bilsin tamahı ya bəsit inamıyla saqqızını oğurlayaraq oyuna salıblar. Vicdan və insafsızcasına qələt oyuna. Və bu mənəvi-psixoloji zərbə bu yaşında onun həyatına xələl gətirə biləcək agır hadisədir.

Mən hələlik adlar çəkmək istəmirəm. Ancaq utansınlar! Yaşlı, tanınmış sənət adamını oyuna qatıb, üzərində mənfəət, işbirliyi quran kişilər..

Ad-sanlı Zeynəbin təəssüflü sonluğu..

Zeynəb Xanlarova Sovetlər dövrü öz səsinə və mahnıları ilə muğama bir oynaqlıq, yüksək ruh gətirmiş, kifayət qədər tanınmış müğənni olub. Sovetlərin süqutu ilə, onun da siyasi və ictimai fəaliyyətə keçməsi ilə nüfuzunun süqutu getdi. Savad, intellekt və dünyagörüş bəsitliyinə görə siyasi mühitdə müvazinəti saxlaya bilməyərək, hər yeni prezidentin zamanı mövqeyini dəyişdi.

Məsələn, inkişafının Heydər Əliyevin qaygısı və dəstəyi ilə baş tutmasına rəğmən, o Moskvaya gedəndə Mütəllibovu, sonra Elçibəyi dahi tutdu. Dəfələrlə mövqesizlik, yersiz, səbatsız çıxışlar.. Ona görə, bu iqtidar ona tam istədiyini vermədi.
Və uzun deputatlıq müddətində xalqa yönlü elə bir xeyirxah xidməti olmadı, səmimi niyyətli bir el anası olmadı, xalqdan rəğbət qazanmadı.

Ölkə müstəqilliyi, yəni istedadının qürubundaki yaşlı dövrü, yeni konsertlər vermə “ikinci nəfəs” açmaq cəhdləri də ugursuz olmaqla əvvəllərdə qazandığı sənətkar reputasıyasını da, zədələdi. Rəhmətlik, məşhur kaman ustamız Habil Əliyev yaşının müəyyən dövrü kamanını kənara qoyub dedi ki, daha alınmır, hörmətlə səhnədən gedim. Zeynəb gedə bilmədi, şöhrətdən yapışdı, yıxıldı. Şöhrət isə layiqli insanları özü seçir və qaldırır, ondan yapışaraq qalxanları yüksəkdən yerə atır.

DAHA ÇOX OXU

Dünya

Almaniyada həyat dayandı: Tətil başladı

27/03/2023 10:48
1-MANŞET

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38
1-MANŞET

General Rüstəm Muradov barəsində ŞOK İDDİA

27/03/2023 08:52
1-MANŞET

İpoteka ilə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR – Bu şəxslər… – VİDEO

27/03/2023 08:49
1-MANŞET

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16
1-MANŞET

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08
SON XƏBƏR

"Gözəl qadından rənglənmiş trans düzəltmisiz" - Fədayə Laçın tanınmaz oldu - VİDEO

"Azərbaycanı "Eurovision"da Rusiyadan kimsə təmsil etməlidir"

Cangüdənlə gəzən, evləri mühafizə olunan icra başçıları - Onlar kimdən, nədən qorxurlar?

Xəbər lenti

Almaniyada həyat dayandı: Tətil başladı

27/03/2023 10:48

Bu şəxslərə MÜJDƏ – ARTIQ SİZ DƏ

27/03/2023 10:38

Bakı bulvarında intihar edən şəxs müəllim imiş – Foto

27/03/2023 10:06

Bakıda 19 yaşlı gənci avtomobil vurub, sürücü hadisə yerindən qaçıb

27/03/2023 09:52

Dünyanın ən məşhur narkobaronu cinçıxarma ayini ilə zərərsizləşdirilib

27/03/2023 09:22

Məşhur aktyor VƏFAT ETDİ – FOTO

27/03/2023 09:13

Apreldə 12 gün iş olmayacaq

27/03/2023 09:02

General Rüstəm Muradov barəsində ŞOK İDDİA

27/03/2023 08:52

İpoteka ilə ev almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR – Bu şəxslər… – VİDEO

27/03/2023 08:49

Misirdə çəkilən bu GÖRÜNTÜLƏR gündəm oldu – 2000-dən çox qoç başı …-FOTO

27/03/2023 08:43

Müdafiə naziri istefa etdi və … – FOTO

27/03/2023 07:16

“Qalatasaray” futbolçularının hansı hərəkəti Qurban Qurbanovu KÜSDÜRÜB? – “Xırda detaldır…”

27/03/2023 07:08

Hansı bürc bu gün nələrə diqqət etməlidir? – Günə başlamazdan öncə önəmli TÖVSİYYƏLƏR

27/03/2023 06:58

ABŞ Suriyadakı mövcudluğunu saxlayacaq

27/03/2023 06:52

“Kurtlar vadisi”nin aktyoru deputat olmaq istəyir

27/03/2023 06:34

Dağıntılar altından çıxarılan nənəsi vəfat etdi

27/03/2023 06:16

Bu fotolar “Harri Potter”in ulduzunun sirrini ortaya çıxartdı

27/03/2023 06:00

Çağatayla Afra sevgilidir?

27/03/2023 05:26

“Qalatasaray” futbol klubunun rəhbəri Prezident İlham Əliyevə xatirə hədiyyələri tədqim edib – FOTO

27/03/2023 00:12

Təbrizdə dahi şairimiz Məhəmməd Füzulinin heykəli təhqir olundu

26/03/2023 23:59

İlham Əliyevə Qalatasaray forması hədiyyə edildi – FOTO

26/03/2023 22:25

“İynə vurursuz ki, bağı 150 minə satmağınızdan xəbəri olmasın”

26/03/2023 21:50

Mehriban Əliyevadan “Qarabağ” – “Qalatasaray” oyunu ilə bağlı paylaşım

26/03/2023 21:30

Evdə cansız şəkildə tapıldı – müəmma çoxdur

26/03/2023 21:16

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.