“Eurovision” təmsilçilərimizdən olan Səmra Hüseynli açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, “İnfe Azərbaycan” səhifəsinə açıqlamasında sənətçi ölkəmizi “Eurovision” müsabiqəsində əcnəbi ifaçının təmsil etməsini məsləhət görüb:
“Bu il Azərbaycanı Rusiya şou-biznesindən kimsə təmsil etməlidir. “Eurovision”a ulduz lazımdır və hər kəs ulduz ola bilməz”.
Səmranın fikirləri sosial şəbəkədə tənqid edilib. İzləyicilər Azərbaycan şou-biznesində yetəri qədər istedadlı ifaçıların olduğunu vurğulayıblar.