Nizami rayonunda döyülmə faktı qeydə alınıb.

Belə ki, Keşlə qəsəbəsində, 251 saylı orta məktəbin yaxınlığında 2 nəfər naməlum şəxs “Klişe MMC”nin rəhbəri 1985-ci il təvəllüdlü Dəmir Eray Cəlal oğluna qarşı xuliqanlıq edib. Onlar E.Dəmirdən pul tələb ediblər. Naməlum şəxslər Eray Dəmirin etiraz etdiyini gördükdə, onu döyərək xəsarət yetiriblər.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması, alının əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.