“Liverpul”un yarımmüdafiəçisi Oluvaye Ojonun keçmiş sevgilisi və müxtəlif gözəllik müsabiqələrinin finalçısı Amaani Nur terrorizmin maliyyələşdirilməsində ittiham olunur.
Bu barədə “Daily Mail” xəbər yayıb.
Amaani Nur İŞİD terror təşkilatına pul ianə etməkdə təqsirləndirilir. Hökm dekabrın 20-də oxunacaq. Qız hələlik girov müqabilində azadlıqdadır.
Nur iddia edib ki, pulları Suriyadakı qadın və uşaqların ərzaqla təminatı üçün göndərib.
Qeyd edək ki, Amaani Nur onlayn mərasimlə İŞİD terrorçusu Hakim My Love-la evlənib. Ötən il saxlanılmazdan əvvəl Nurun Suriyaya getmək və Hakimlə birləşmək üçün Türkiyəyə bilet aldığı məlum olub.