ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.

Türkiyə mətbuatının məlumatına görə, qanun layihəsi 18 lehinə və 4 əleyhinə səslə qəbul olunub.

Növbəti mərhələdə layihə senata gedəcək və təsdiq üçün təqdim olunacaq.

Burada da təsdiq olunarsa qanun layihəsi Nümayəndələr Palatasına, daha sonra isə birbaşa prezident Donald Trampın imzasına təqdim ediləcək.

Ölkə başçısının imzasından sonra isə layihə qanun olacaq.

Məsələ ilə bağlı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın açıqlama verib. O, qeyd edib ki, Donald Trampın xoşniyyətli olduğuna ümid edir. Ancaq qanun layihəsi Konqresdən keçsə, onun da imkanları məhdudlaşacaq.

Kalın həmçinin bildirib ki, bu sanksiyalar Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə komplekslərinə görədir.