Polislər meyiti morqa aparmaq üçün qoşqudan istifadə ediblər. Hadisə Başqırdıstan Respublikasında qeydə alınıb.

“Komsomolskaya pravda”nın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Fotoda qoşquya qoyulmuş, üzərini qismən qar örtmüş kişi meyiti görünür.

“Bu nə heyvani münasibətdir? Heç olmasa üzəri bir şeylə örtüləydi”, – deyə yerli sakinlərdən biri yazıb. Sosial şəbəkə istifadəçiləri də fotoya qəzəbli şərhlər yazıblar.

DİN-dən bu barədə agentliyə bildirilib ki, polislər öldürülmüş kişinin meyitini tapıblar. Qətldə şübhəli şəxs saxlanıldıqdan sonra meyiti morqa aparmaq məqsədi ilə yaxınlıqda olan qoşqudan istifadə ediblər.

Polislər meyiti qoşquda apardılar - FOTO