“Vicdan haqqı” serialında canlandırdığı Larisa obrazı ilə məşhurlaşan aktrisa-müğənni Çimnaz Sultanova “Yeni il” adlı mahnısına çəkilən klipini təqdim edib.
Minval.info xəbər verir ki, mahnının sözləri, musiqisi və eləcə də aranjimanı Miro İsgəndərova məxsusdur. Yeni il ab-havalı olan klipin çəkilişləri studiya şəraitində baş tutub. Ekran işinin rejissorluğunu Nicat Alışov edib.
Qeyd edək ki, bu Çimnaz Sultanovanın müğənni kimi sayca üçüncü klipidir.