Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın daha da şiddətlənib.
Minval.info xəbər verir ki, hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, yanğın getdikcə şiddətli hal alır. Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir.