Tərtərdə ağzından güllələnən Mənsur Behbudovun vəziyyətinə aydınlıq gəlib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, ağır vəziyyətdə Gəncədəki özəl xəstəxanalardan birinə gətirilən yaralı dərhal Bakıya göndərilib.
Ona üst çənə sümüyünün dağılması diaqnozu qoyulub.
Qeyd edək ki, yaxınlarının verdiyi məlumata görə, Mənsur Behbudov Tətərdə qəssablıqla məşğul olur və iki uşaq atasıdır.