Türkiyənin Bursa şəhərində gənc oğlan 17 yaşlı sevgilisini döyüb.
Musavat.com xəbər verir ki, hadisə qısqanclığa görə baş verib.
Qısqanclıq krizinə girən gənc oğlan sevgilisini küçənin ortasında döyməyə başlayıb. Gənc oğlan qadının yalvarışlarına rəğmən onu vurmağa davam edib. Hadisə çevrədəki bir iş yerinin təhlükəsizlik kameralarına əks olunub.
Döyülən qızın atası polis bölməsinə gedərək şikayət edib. Şikayətdən sonra hərəkətə keçən polis həmin şəxsi axtarmağa başlayıb.
Hazırda axtarışlar davam edir.
Musavat.com