Müğənni Nüşabə Musayevanın ailəsi ilə bağlı açıqladığı həqiqət hər kəsi dəhşətə gətirib.

BAKU.WS xəbər verir ki, müğənni qəzada ailəsinin dörd üzvünü itirdiyini bildirib.

Nüşabə Musayevanın doğmalarının həlak olduğu qəza 1999-cu ildə baş verib. İfaçının ailəsi Gədəbəydən toydan qayıdarkən KamAZ markalı yük maşını atasının idarə etdiyi avtomobili arxadan vurub. Hadisə Nəvai postunu keçərkən olub. Qəzada sənətçinin arxada oturan anası, bacısı, qardaşı və əmisi oğlu ölüb.

Dəhşətli qəzadan o vaxt 14 yaşlı Nüşabə və 9 yaşı olan kiçik qardaşı, bir də atası sağ çıxıb. İfaçının atası ötən il vəfat edib.

Əzizlərinin məzarı başında video paylaşan Nüşabə bunları yazıb:

“Anam, bacım, qardaşım 1999-cu ildə qəzada rəhmətə gedib. Hər kəs gücü çatan qədər dərd çəkir məncə… Amma mənə kiçik yaşlarımdan o pay artıq düşdü. Bəlkə həyatla savaşacaq qədər məni güclü edən də elə yaşadıqlarımdır.

Məzarlarını ziyarət etdiyim ailəmdir – atam, anam, bacım, qardaşım. Sizlərin kinolarda, seriallarda gördüyünüz haqsızlıqları, faciələri, xəyanətləri mən həyatımda yaşadım və düşünürəm ki yetərincə bəs oldu…

Mənim çətin, ağır, əziyyətli günlərimi nə məni qınayanlar, nə təhqir edənlər, nə lazımsız, boş-boş danışan qohumlar mənimlə birgə yaşamayıb. Təkbaşıma savaşa-savaşa gəldim, indi də sizlər mənə gərək və maraqlı deyilsiniz. İstədiyiniz qədər danışın, hətta daha çox danışın. Qınadığınız kəslərin həyatını yaşamadan ölməyəcəksiniz!”