UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov “Mir” kanalına verdiyi müsahibədə tezliklə çoxarvadlı olacağını bildirib.

“Daha üç yer boşdur: bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə… Bilmirəm, olacaqmı? Allah kişilərə müraciət edib: iki, üç, dörd nəfərlə evlənin. Sizcə, qadınlar inciyirlər? Əminliklə deyə bilərəm ki, bu, sizin üçün gizlidir və bilmirsiniz.

Ümumiyyətlə, qadına həmişə hörmətlə yanaşmaq lazımdır, çünki kiminsə qızı, bacısı, arvadı, anasıdır”, – deyə böyük Nurməhəmmədov bildirib.

Qeyd edək ki, mövcud Ailə Məcəlləsinə görə, Rusiyada evli şəxslərə daha bir nəfərlə nikaha icazə verilmir.