Çinin Dyançi gölündə turistlər yanlarından uçan qağayını tutub ona zorla çörək yedizdirmək istədilər.
“The Sun” xəbər verir ki, belə bir özbaşnalığa dözməyən quş qışqırığla turistin əlindən çıxaraq həmcinslərinə qoşulub.
Ətrafdakılar hadisədən qəzəblənərək turistləri qınadılar: “Siz neyliyirsiniz?”, – dedilər.
Sonra olay səbəbkarları üzr istədilər və quşlarla belə rəftarın yolverilməz olduğu haqda bilmədiklərini qeyd etdilər.