Belçikalı siyasətçi Sofi Vilmes krallığın Baş nazirinin səlahiyyətlərini icra edəcək.
Trend-in bazar günü TASS-a istinadən verdiyi məlumata görə, müvafiq açıqlama bazar günü kral sarayının Twitter-dəki səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Sofi Vilmes Belçika hökumətinin başçısı rolunda olan ilk qadın olub. Daha əvvəl 44 yaşlı Sofi Vilmes Belçikanın maliyyə naziri vəzifəsini icra edib.