Bakıda piyadaların sürətli yollardan qaçaraq keçməsi adi hala çevrilib.
Medianews.az publika.az-a istinadən xəbər verir ki, bir çox magistral yollarda piyada keçidlərinin olmaması insanları həyatlarını riskə ataraq yolu keçməyə vadar edir.
Növbəti belə hallardan biri Buzovna-Mərdəkan yolunda qeydə alınıb. Yaşlı qadın nəvəsi ilə yolu keçərkən ölümlə üz-üzə qalıb. Sürücünün avtomobilin sürətini azaltması və zolağı dəyişməsi nəticəsində dəhşətli hadisədən yayınmaq mümkün olub.
Hadisəni əks etdirən görüntüləri təqdim edirik.