XƏBƏR LENTİ

Sorğu

2020-ci ildən gözləntiləriniz nələrdir?

Nəticələr

Rusiyanın aparıcı, fotomodel və bloqqeri, “Miss Rusiya 2003” titulunun sahibi, 2018-ci il dünya çempionatının səfiri Viktoriya Lopıryova ötən həftəsonunu Azərbaycanın paxtaxtında keçirib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında bildirib.

“Bakıya xoş gəlmişsiniz! Əsrlərdən keçib gələn gözəllik və inanılmaz həyat eşqi – bu qonaqpərvər xalqın fərqli cəhətidir! Belə isti qarşılanmaya görə çox sağ olun”, – V. Lopıryova İnstaqramda qeyd edib.

Aparıcının paylaşımlarından onun Bakıya qardaşının doğum gününə gəldiyi məlum olub. Bununla o, doğmasına böyük sürpriz edib.

Bakıda olan V. Lopıryova İçərişəhərdə gəzməyi və Azərbaycan mətbəxinin təamlarının dadına baxmağı da çatdırıb. Məsələn, model səhər yeməyində verilən pomidorla yumurtanı “klassika” adlandırıb.

Qeyd edək ki, bu, V. Lopıryovanın Bakıya ilk səfəri deyil. O, daha əvvəl, 2003-cü ilin yayında Azərbaycanın payxtatında qonaq olub.

“İsti qarşılanmaya görə çox sağ olun” – Rusiya gözəli Bakıda (FOTOLAR)

 

 Dostlarımızın xəbərləri

  • Azərbaycanlı aktrisa dərin sinə dekoltesi ilə göz qamaşdırdı - FOTO
medianews