Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə Bakı şəhərində “Kənddən Şəhərə” mağazalarında yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Bu mağazalarda olan geniş çeşidli məhsullar alıcıları cəlb edir. “Kənddən Şəhərə”-də satılan məhsulları şəhərin digər mağaza və bazarlarında olduqca fərqli qiymətlərlə ala bilərsiniz.
Mağazanın daimi müştərisi Fəridə xanım qiymətlərin münasib olduğunu qeyd edir: “Çox yaxşıdır, mənim üçün əlverişli yerdə yerləşir. İşdən dönərkən bu mağazanın yanından keçirəm və demək olar ki, hər gün buradan alış-veriş edirəm. Qiymətlər münasibdir”.
“Qiymətlər digər mağazalarla və bazarlarla müqayisədə daha ucuzdur. Çeşid boldur, ancaq daha da yaxşı olmasını istərdim”. Bu fikirlər isə yaxınlıqda işləyən İslam müəllimə aiddir.
Mağaza haqqında fikirlərini bölüşənlərdən biri isə təqaüdçü Sara xanımdır. O, “Xidmətdən, qiymətlərdən və çeşiddən məmnunam. Keyfiyyət fərqindən asılı olaraq qiymətlər də fərqlidir” dedi.
Məhsulların istehlakçıya çatdırılması, mağazaların yeri və qiymətləri düzgün qərar əsasında formalaşdırılır. Bu səbəbdən işdən qayıdan insanların bir zənbil ləzzətli kənd məhsulları alması rahatdır.
Həmçinin mağazalarda çatdırılma xidməti də var. Sifariş olunan məhsulların vaxtında çatdırılması mağazanın əməkdaşları tərəfindən təmin olunur. Bu işdə inkişaf etmiş loqistika uğurun əsas şərtidir.
Əhmədli qəsəbəsi Məhəmməd Hadi 23/24 və Səbail rayonu Nizami küçəsi, 154B ünvanlarında olan mağazalarda müştərilərlə söhbət edərkən məlum oldu ki, onlar xidmət, çeşid, məhsulun keyfiyyəti və ən əsası qiymətlərdən razıdırlar. Bu razılıqda mağazalarda təşkil olunan endirim kampaniyaları da rol oynayır ki, digər mağazalarda bu cür kampaniyalar keçirilmir.
“Kənddən Şəhərə” mağazaları alıcılarla fermerlər arasında əsas əlaqə vasitələrindən biridir. Burada alıcılar təbii məhsul, fermerlər isə sabit bazar əldə edə bilirlər.
https://c.radikal.ru/c06/1909/37/3151304a443c.jpg
https://d.radikal.ru/d30/1909/ae/30a269c05274.jpg
https://d.radikal.ru/d33/1909/f5/95ed332ba867.jpg
https://b.radikal.ru/b06/1909/09/afefcefbff96.jpg
https://d.radikal.ru/d39/1909/ed/1ce03ecb2361.jpg
https://d.radikal.ru/d32/1909/10/a678f22d1507.jpg
https://d.radikal.ru/d25/1909/58/305844680249.jpg
https://b.radikal.ru/b34/1909/f2/82c57e0ef7a1.jpg
https://d.radikal.ru/d30/1909/45/ab7524ece2c8.jpg
https://d.radikal.ru/d14/1909/73/6e1c138b6bb8.jpg
https://d.radikal.ru/d26/1909/3f/3c1ddb04aa72.jpg
https://a.radikal.ru/a10/1909/a0/7daa8aba1f0a.jpg
https://d.radikal.ru/d22/1909/62/f22a9d897b6a.jpg