İtaliyanın baş naziri Cüzeppe Konte onun qurduğu hökumətin işinin bitdiyini elan edib.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar italiyalı baş nazir istefa verib.
Onun sözlərinə görə, yaxın vaxtlarda istefa ərizəsinin qəbul edilməsi üçün ölkə prezidenti Serco Mattarellaya müraciət edəcək. Baş nazirin belə bir addım atması İtaliyadakı siyasi böhran və hakim koalisiyanın dağılması ilə əlaqələndirilir. O, həmçinin bildirib ki, böhran İtaliyaya ciddi risklər vəd verir və onu çıxılmaz vəziyyətdə qoyacaq.
Konte öz müavini – daxili işlər naziri Matteo Salvini haqqında da mənfi fikirlərini bölüşüb.
“Daxili işlər naziri öz öhdəliklərini pozub, şəxsi və partiyasının maraqlarını güdür, siyasi məsuliyyətsizliklərə yol açır”, – deyə Konte qeyd edib.
Qeyd edək ki, İtaliya prezidenti Serco Mattarella artıq baş nazirin istefa ərizəsini qəbul edib.