Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, gəmi heyəti xilas olunub.
REN TV-nin verdiyi xəbərə görə, ölən və yaralananlar yoxdur. Gəmi isə batıb.
***
Qara dəniz hövzəsindəki gəmilərdən birində yanğın hadisəsi baş verib.
Oxu.Az REN TV-yə istinadən xəbər verir ki, gəmi Cuqba qəsəbəsindəki sahil xəttindən 1,5 kilometr aralıda yerləşir.
İlkin məlumatlara görə, yanğın balıqçı gəmisində baş verib. Hadisə yerinə xilasedicilər yollanıb.