Psixoterapevt Paşa Yaqub: “Dünyanın bəlasına çevrilən bu xəstəlik əslində neqativ enerjidən yaranır”
Bu günlərdə azərbaycanlı psixoterapevt Paşa Yaqubun “Xərçəngdən belə qurtuldum” adlı kitabının işıq üzü gördüyü barədə məlumat yayıldı. Məlumatda bildirilir ki, qeyd olunan kitabda psixoterapevtin xərçəng xəstəliyindən sağaltdığı xəstələrlə müsahibələr və onların sağalmasını təsdiq edən müayinələrin nəticələri daxil edilib. Kitabda həmçinin müxtəlif xəstəliklərin elmə məlum olmayan sirləri araşdırılır və müalicə yolları göstərilir.
Qeyd edək ki, dünyanın bəlasına çevrilən xərçəng xəstəliyi son illərdə artıq Azərbaycanda da sürətlə artmaqdadır. Ən təəssüfedici isə odur ki, xəstəlik artıq gəncləşməyə, hətta uşaqlar arasında da yayılmağa başlayıb. Statistik məlumatlar da onu göstərir ki, əgər bundan əvvəl gənclər arasında xərçəngin dinamikasında artım narahatlıq doğururdusa, uşaqlarda da artıq bu xəstəliyin aşkarlanması həyəcan siqnalı verməkdədir.
Ekspertlərə görə, xərçəngin artması və “cavanlaşması”na daha çox bölgələrdə rast gəlinir. Xəstəlik əsasən uşaqlarda tənəffüs yollarında, qadınlarda mədədə və süd vəzilərində, kişilərdə isə mədə və ağciyərlərdə aşkar edilir.
Mütəxəssislər qeyd edirlər ki, dünyada xərçəngin sürətlə yayılmasına səbəb ətraf mühitin çirklənməsi, təbii qidaların azalması, smart telefonlardan, internetdən çox istifadədir. Bu, bir faktdır ki, indi əksər evlərdə günün 24 saatı Wi-Fi işləyir və insanlar 24 saat şüalanmış olurlar. Qeyd olunan faktlarla yanaşı, digər amillər də var. Məsələn, rəngli içkilər, içərisinə nə qatıldığı bilinməyən kolbasalar və sairə qidalar son nəticədə xərçəng xəstəliyinin artmasına səbəb olur.
Beləliklə, dünyanın bəlasına çevrilən xərçəng xəstəliyinə artıq çarə tapılması və bu icadın azərbaycanlı psixoterapevtə məxsus olmasını əksəriyyət heyrətlə qarşılayıb.
Adıçəkilən psixoterapevt Paşa Yaqub “Yeni Müsavat”a danışdı: “”Xərçəngdən belə qurtuldum” adlı kitabım 100 səhifədən ibarətdir. Kitabda əsasən sağaltdığım xəstələrin müsahibəsi yer alıb, xəstəliklə bağlı onların başına gələn və sağalma proseslərindən söz açılır. Artıq 5 ildir bu işlə məşğulam və bu günə qədər 5-6 xəstəni tam olaraq xərçəng xəstəliyindən qurtarmışam. Digərlərinin xəstəliyini isə yüngülləşdirmişəm”.
Paşa Yaqub qeyd edib ki, sağaltdığı xəstələrdə bir daha xərçəng xəstəliyinin əlamətləri görünməyib: “Hətta bir dəfə bir xəstəmi tam sağaltdıqdan sonra Ankaraya gedərək, yenidən müayinə keçmişdi. Oradakı həkimlər heyrət etmişdilər ki, xəstəlik necə tam sağala bilər. Qeyd edim ki, dünyanın bəlasına çevrilən xərçəng xəstəliyi əslində neqativ enerjidən yaranır. Bütün neqativ enerjilər bədəndə toplaşdıqdan sonra orqanizmin hansısa hissəsində özünü göstərir. Məsələn, birində bağırsaq hissəsində, digərlərində cinsi orqanlarda və yaxud digər yerlərdə şiş əmələ gəlməyə başlayır. Mən psixoloji prosedurlarla həmin şişi aradan götürür və müalicə edirəm və bir daha yaranmır. Tibbi yolla bu xəstəliyi müalicə edəndə isə həmin şiş kəsilərək götürülür, amma enerji həmin yerdə qalır və şiş yenidən dirçəlməyə başlayır. Bu, sanki ağacı kəsirsən, amma gövdə yerində qalır və zamanla həmin gövdə yenidən çiçəklənməyə başlayır, ona bənzəyir. Yəni bədəndə neqativ enerji qalanda mütləq şiş yenidən başlayır. Mənə müraciət edən xəstələr arasında dəfələrlə əməliyyat keçirənlər var. Xəstəlikdən tam qurtula bilməyənlər prosedurlarım sayəsində buna nail olublar, xərçəng prosesi dayanıb”.
Psixoterapevt prosedur sirlərindən də söz açdı: “Mən xəstələrimə enerji ötürməklə onları müalicə edirəm. Ümumiyyətlə, Mendeleyev cədvəlinin sirrini bilirəm, hansı ki, başqa alimlər bundan xəbərsizdir. Mendeleyevin sağlığında onun cədvəlində bir neçə element də olub ki, sonradan həmin elementlər silinib. Məsələn, cədvəldə ”sıfır qrupu” olub, hansı ki, bu gün cədvəldə həmin element yoxdur. Yəni araşdırsanız görərsiniz ki, 1906-cı ilə qədər olan kimya kitablarında həmin element olub, indi isə yoxdur. Ona görə də kimya elmi yarımçıq qalıb, onunla bərabər də tibb elmi. Mənim aləmimdə sağalmayan xəstəlik yoxdur. Yəni tibb elmində bir sıra xəstəliklər var ki, onlarda dünyada sağalmaz xəstəlik kimi qeyd edilsə də, mən onları tam müalicə edirəm, sadəcə, buna səbir lazımdır ki, prosedurları sona qədər aparılsın. Bütün xəstəliklərin müalicəsi qeyd etdiyim elementdə var”.
Musavat.com