Rusiya xokkeyinin əfsanəsi, üçqat dünya çempionu Aleksandr Oveçkin Azərbaycana gəlir.
BAKU.WS vm.ru-ya istinadən xəbər verir ki, Oveçkin Azərbaycanda xokkeyin perspektivlərini müzakirə etmək üçün Bakıya gedəcəyini açıqlayıb.
Oveçkin bildirib ki, xokkey Azərbaycanda milli oyun növünə çevrilə bilər və Bakı komandasının Kontinental Xokkey Liqasında iştirakı da mümkündür.
Qeyd edək ki, Aleksandr Oveçkin müsahibələrinin birində bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp onu “Böyük İsgəndər” adlandırıb.