2 gün əvvəl Bilgəh çimərliyində 3 nəfərin dənizdə boğularaq ölməsi barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, paytaxt sakinləri, 1996-cı il təvəllüdlü Şamxal Ağayev, 1996-cı il təvəllüdlü Asiman Cavadov və 1985-ci il təvəllüdlü Samir Bağırov dənizdə boğulub və onların meyitləri sudan çıxarılaraq ailələrinə təhvil verilib.
Bildirilir ki, hadisə vaxtı 24 yaşlı Samir dostunu xilas etməyə çalışıb və o da suda boğulub. Özəl şirkətlərdən birində çalışan Samirin bəzi fotolarını təqdim edirik.
Faktla bağlı Sabunçu prokurorluğunda araşdırma aparılır.