Qaradağ rayonunda qudalar arasında dava düşüb.
Oxu.Az xəbər verir ki, hadisə Sanqaçal qəsəbəsi, Məmmədyar küçəsində baş verib.
Qohumlar arasında baş verən anlaşılmazlıq əlbəyaxa dava ilə nəticələnib.
Dava zamanı 2 nəfər döyülərək xəsarət alıb.
1969-cu il təvəllüdlü Aydəmirova Nəsibə Şəmi qızı və 1967-ci il təvəllüdlü Bəylərov Qurban Ağadadaş oğlu ağır xəsarət alaraq 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
N.Aydəmirovaya döş qəfəsinin küt travması, Q.Bəylərova isə baş beyinin silkələnməsi, burun sümüklərinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.