İstanbulda yol qəzasına düşmüş motosikletçinin yardımına Binəli Yıldırım gəlib.
A haber-in məlumatına görə, iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından namizəd olan B.Yıldırım qəzaya düşən vətəndaşa yardım edib.
O, motosiklet sürücüsünün qəza keçirdiyini görərək xidməti avtomobilini saxlatdırıb.
B.Yıldırımın həkimi yaralı sürücüyə ilk tibbi yardım göstərdikdən sonra o, xəstəxanaya aparılıb.