Cümə, 27 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result
“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ

“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ

TURAN
18/06/2019 16:51
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Bakıda fəaliyyət göstərən dönərxanalardakı vəziyyət zaman-zaman müzakirə olunub. Ən çox da həmin iaşə obyektlərinin sanitar-gigiyenik normalara cavab verib-verməməsi və ətin keyfiyyəti ilə bağlı tələblər danışılır, yazılır.

Dönərxanlarla bağlı ən son hadisələr Bakıda baş verib: martın 13-də Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 tələbə zəhərlənib. Aprel ayında isə mediada Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin dönər aparatına asılan əti yeməsini əks etdirən görüntülər yayılıb. Bu görüntülərdən sonra fakt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılıb. Araşdırmalar zamanı sözügedən ictimai-iaşə obyektinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub. Nəticədə sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib.

Bakı Dövlət Universitetinin qarşısından sıra ilə düzülmüş dönərxanaların xidmətindən daha çox tələbələr istifadə edir. Alıcıların 1-1,5 manat civarında olan qiymətlərdən razılığı obyektlərin qarşısındakı növbələrdən aydın olur.

Tələbə olduğunu deyən gənc bildirir ki, qiymətin 1 manat olması onun büdcəsi üçün sərfəlidir:

“Əsas odur qarnım doyur. Ətin keyfiyyətli olması barədə isə fikrim yoxdur. Qiyməti ucuz, özü isə dadlıdır”.

Digər şəxs isə qiymətlərin və keyfiyyətin hər yerdə eyni olduğunu deyir: “Yəqin ki, sağlamlığımıza ziyanı var, amma ac olanda onu firikirləşmək bir az çətin olur”.

Bir başqa tələbə xanım isə ümumiyyətlə, dönər yemədiyini deyir: “Dönərxanalardakı vəziyyətin acınacaqlı olduğu bəllidir. Xüsusilə yol kənarında balaca obyektlərdə fəaliyyət göstərən dönərxanalar anti-sanitariya qaynağıdır. Biz heç bilmirik ki, oradakı ət həqiqətənmi sağlam ətdir, ya yox”.

“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ

Orta yaşlı kişi dönərdən tək özünün deyil, övladlarının da imtina etdiyini bildirir: “Mən bilmirəm oradakı ət həqiqətən mal ətidir, yoxsa ölmüş eşşək və ya at. Hələ istifadə etdikləri qabların, alətlərin təmizliyi şübhə altındadır. Yeməməyə üstünlük verirəm”.

Baxdığımız obyektlərdə işləyən satıcılar ətin keyfiyyətli olmasını təsdiq etmək üçün Qida Təhlükəsizliyi Agentliyinin təqdim etdiyi sənədi göstərdi: “Bu da sənədimiz. O olmasa burda işləyə bilərik? Dönərxana qanunsuz işləmir”.

Müraciət etdiyimiz digər dönərxanaların da əksəriyyəti müvafiq sertifikatının olduğunu bildirərək həmin sənədi təqdim etdi.

Lakin bir dönərxananın sertifikatın etibarlılıq müddətinin bitməsi diqqətimizdən qaçmadı. Həmin satıcı yeni sertifikat üçün müraciət edəcəklərini bildirdi.

Dönərxana işçilərinin bəziləri xüsusi geyim geyinsələr də, digərlərində bunu görmədik. Onların başlarında kalpaq, üzərlərində önlüyün və ya xüsusi formanın olması vacib hesab edilir.

Digər obyektdə çalışan dönərçi dönərin ətinin təmiz olduğunu özlərinin də burada qidalanması ilə əlaqələndirdi: “Təmiz, sağlam ət olmasa özüm yeyərəm? Bahalı yerdə satılan dönərin də əti bizim gətirdiyimiz yerdən gəlir”.

“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ

6-7 dönərxananın demək olar ki, hamısında yalnız toyuq dönəri satılırdı. Satıcılar bunu havanın isti keçməsi ilə əlaqələndirirlər: “Hazırda ancaq toyuq dönəri satırıq. Çünki havalar istidi mal əti qalanda iylənir. Bu da bizə sərf etmir. Ət dönəri alan da elə çox olmur. Bir vaxtlar ölkədə toyuq dönərinin satışında məhdudiyyətlər vardı. Hazırda məhdudiyyət aradan qaldırılıb və baytar, sanitar-gigiyena qaydalar çərçivəsində hazırlandığı halda, heç bir problem yoxdur”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə bildirir ki, təkcə dönərlə bağlı deyil, ümumiyyətlə, qida məhsulları ilə bağlı hər hansı bir şübhəli halla rastlaşdıqda, dərhal həmin qida məhsulunun istehsal olunduğu müəssisənin hüquqi ünvanı və ya qida məhsulunun satışının həyata keçirildiyi satış nöqtəsi barədə AQTA-nın (012) 377-00-77 telefon nömrəsinə zəng vuraraq, yaxud rəsmi müraciət edərək məlumat vermək olar.//report.az

“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ
“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ
“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ
“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ
“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ
“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ
“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ
“Bilmirəm bu dönər eşşək ətindəndi, yoxsa at…” – VİDEOREPORTAJ

DAHA ÇOX OXU

Cəmiyyət

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

27/05/2022
1-MANŞET

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

27/05/2022
1-MANŞET

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

27/05/2022
1-MANŞET

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

27/05/2022
1-MANŞET

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

27/05/2022
1-MANŞET

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

27/05/2022
SON XƏBƏR

Məktəb direktoru işdən çıxarıldı

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı - VİDEO

Keçmiş icra başçısının otlaq sahəsi yandı

Xəbər lenti

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

2022/05/27 18:55

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

2022/05/27 18:48

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

2022/05/27 18:45

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

2022/05/27 18:35

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

2022/05/27 18:22

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

2022/05/27 17:19

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

2022/05/27 17:15

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

2022/05/27 17:15

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

2022/05/27 17:10

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

2022/05/27 17:03

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

2022/05/27 16:54

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

2022/05/27 16:40

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

2022/05/27 16:29

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

2022/05/27 16:18

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

2022/05/27 16:07

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

2022/05/27 15:51

Meymunçiçəyinə Azərbaycanda bu şəxslər yoluxa bilər – AÇIQLAMA

2022/05/27 15:38

Bakıda müəllimi öldürüb evini yandıran şəxs tutuldu

2022/05/27 15:33

Mehriban Əliyeva Zəngilandan video paylaşıb

2022/05/27 15:31

Məşhur teleaparıcı DİN əməkdaşı ilə ailə qurur

2022/05/27 15:24

ƏDV ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR – Bu pulları geri alacaqsınız – VİDEO

2022/05/27 15:10

Azərbaycanlı müğənni “Galendewagen”lə qəza TÖRƏTDİ

2022/05/27 14:56

“Yaşlı nəsil, sənət adamları undulur”- Xalq artisti

2022/05/27 14:48

İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi

2022/05/27 14:45

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.